ONN İnformasiya Agentliyi

Türkiyədə ƏMƏLİYYAT: 229 nəfər saxlanıldı

Türkiyədə ƏMƏLİYYAT:  229 nəfər saxlanıldı
06 Aprel 2020 - 21:36

Türkiyədə son 21 gün ərzində sosial mediada COVİD-19-la bağlı əsassız və təxribat xarakterli məlumatlar yaymaqda şübhəli bilinən 616 nəfərdən 229-u saxlanılıb. Onlardan səkkizi həbs edilib.

ONN media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aparılan araşdırmalarda bu növ məlumatlar yayan 3576 sosial media hesabı aşkarlanıb.

Əhali arasında qorxu, təşviş və narahatlıq yaratmaq məqsədilə yazılan bu məlumatların əksəriyyətinin FETÖ, PKK kimi terror qruplaşmaları tərəfindən hazırlandığı bildirilir.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png