ONN İnformasiya Agentliyi

Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var

Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var
26 Mart 2024 - 16:49

Türkiyədə ağır-yol nəqliyyatı hadisəsi baş verib.

ONN media xəbər verir ki, qəza Hatayın Dörtyol rayonunda qeydə alınıb.

Dörtyol-Payas avtomobil yolunda K. Şükrünün idarə etdiyi yük maşını qarşı zolağa keçərək Mehmet Sönmezin idarə etdiyi avtomobilə çırpılıb.

İlkin məlumata görə, baş verən qəzada eyni ailədən 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Əraziyə çox sayda sağlamlıq, polis və xilasetmə qrupu cəlb edilib.

Yaralı təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına aparılıb.

TIR sürücüsü K. Şükrü adlı şəxs saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png