ONN İnformasiya Agentliyi

Türkiyədə QANDONDURAN OLAY- Ata övladını…

Türkiyədə QANDONDURAN OLAY- Ata övladını…
27 Aprel 2023 - 22:36

Türkiyənin Adıyaman şəhərində baş verən dəhşətli zəlzələdə həyat yoldaşı və iki uşağını itirən ata sağ qalan 12 yaşlı qızını tapança ilə vuraraq intihar edib.

Müəllim olan Ferit Dayan zəlzələdən sonra depressiyaya düşüb və psixoloji dəstək alırmış.

Məlum olub ki, F.Dayan həyətdə oynayan 12 yaşlı qızı Asya İrem Dayanı evə çağırıb və tapança ilə onun başına atəş açib. Uşaq qan içində yerə yıxıldıqdan sonra F.Dayan eyni silahla intihar edib.

Silah səslərindən sonra hadisə yerinə səhiyyə və polis qrupları cəlb edilib.

Yaralanan Asya İrem Dayan xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png