ONN İnformasiya Agentliyi

Türkiyədə son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Türkiyədə son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
31 Avqust 2020 - 22:41

Türkiyədə son sutka ərzində koronavirusdan 44 nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda  110 102 şübhəli koronavirus testindən keçib, onlardan 1587-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 961 nəfər olub, 1087 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 270 133  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 244 9268 nəfər sağalıb, 6370 nəfər ölüb.

Nazir ağır və aktiv xəstə, ölü sayının çoxluğundan  narahatlığını ifadə edərək, bildirib ki, bu sayları azaltmaqda ən önəmli məsələ tədbirlərə düzgün əməl etməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png