ONN İnformasiya Agentliyi

Türkiyədə yenidən 3 güclü zəlzələ olub

Türkiyədə yenidən 3 güclü zəlzələ olub
07 Fevral 2023 - 8:30

Qəhrəmanşaraşda daha iki ardıcıl yeraltı təkanlar qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrin Türkiyə seqmentində məlumat yayılıb.

Belə ki, 3 dəqiqə fasilə ilə 5.3 və 5.1 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Zəlzələ Hatay, Kilis, Qaziantep və Osmaniyə vilayətlərində də hiss edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Qəhrəmanmaraş vilayətinin 7,4 bal (bəzi mənbələrdə 7,7 bal) gücündə zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində 2316 nəfər həlak olub, 13 293 nəfər yaralanıb.

***

Türkiyədə növbəti yeraltı təkanlar baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Hatayda 4,3 bal gücündə, Şanlıurfa və Malatyada isə 4,9 bal gücündə yeraltı təkan qeydə alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png