ONN İnformasiya Agentliyi

Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır

Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır
16 Avqust 2019 - 11:44

Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qalıqları çıxarılır.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir:

“Hərbi Dəniz Qüvvələrinin SAK bölməsi Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qalıqlarını çıxarmaqda davam edir. Hava şəraitindən asılı olaraq pilotun nəşi və qara qutunun axtarılması davam etdirilir”.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png