ONN media xəbər verir ki, bu gün Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun "Aprel döyüşləri"nə həsr etdiyi “Ovçu” tarixi romanının təqdimat mərasimi keçirilib. Təqdimata dəyərli millət vəkilləri, media nümayəndələri, aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli qəhrəmanlarımızın ailə üzvləri və qazilər dəvət olunmuşdur.
Tədbir Millət Vəkili, Akademik Nizami Cəfərovun çıxışı ilə başladı. O qeyd etdi ki, Yunus Oğuz bir çox kitabların “Atella”, “Nadir Şah”, “Türkün gizli tarixi”, “Təhmasib Şah” , ”Əmir Teymur” kimi tarixi romanların müəllifidir. Onun bu əsərləri tariximizin unudulmamasında böyük rol oynayır.
Söz ilk olaraq Prezident Adminstrasiyasının İctimai Siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyevə verildi.Qafar Əliyev tədbirə dəvət almış
diaspora nümayəndələri İsveçdən gəlmiş "Dünya Azərbaycanlılarının Milli Birliyi"nin sədri Cavad Derəxti, Almaniyada fəaliyyət göstərən "Dünya Azərbaycanlıları Assambleyası"nın prezidenti Rəşad Quliyev və Rusiyada fəaliyyət göstərən diaspora rəhbəri Mirkazım Seyidovu tədbir iştirakçılarına təqdim edərək onların Diasporamızın inkişafında fəaliyyətlərini müsbət qiymətləndirərək bildirdi: ”Bu insanlar uzun illərdir xaricdə yaşayıb haqq işimizin müdafiəsindədirlər. Aprel döyüşləri zamanı bizi istəməyənlər bizə qarşı hucuma keçəndə , bunlar həmişə bir əsgər kimi Azərbaycanın keşiyində durublar. Bu kitab diasporamızın , bu insanların vasitəsi ilə gənclər və ictimaiyyət arasında vətənpərvərlik ruhda yazılmış bir kitab olaraq öz yerini tutacaq. Xaricdə diaspora nümayəndələri arasında belə vətənpərvərlik mövzusunda olan kitabların təbliğinə böyük ehtiyac var. Biz adətən xaricdə təbliğat apararkən erməni vəhşiliyini stat gətirərək ermənilər bizi qırdı, əsir götürdü və s kimi ifadələr işlədirik. Biz bu ifadələri işlədən zaman bizi məzlum xalq kimi tanıyırlar. Məncə belə vətənpərvər, tarixi mövzularda olan kitabların tərcümə edilib yayılması, tarixi filmlərlə, öz mədəniyyətimizlə, ağlımızla, təbliğatımızı aparmalıyıq. Qəhrəmanlarımızın ailə üzvlərinə minnətdarlığımı bildirirəm ki, belə qeyrətli oğullar böyüdüb vətənimizin müdafiəsinə veriblər. Allahdan qəhrəman şəhidlərimizə rəhmət diləyirəm. Yunus Oğuza isə belə bir qəhrəmanlıq səlnaməsində olan kitabı oxuculara təqdim etdiyi üçün sağ ol deyirəm.
"Millət Vəkili Əflatun Amaşov belə kitabın həqiqətən də çox faydalı olduğunu, cəmiyyətə fayda verəcəyini bildirdi: " Mən Yunus Oğuza sağ ol deyirəm ki, bizim tariximizi romanlar vasitəsi ilə xalqa çatdırır , tarixi roman yazmaq çətin olsa da o bunun öhdəsində layiqincə gəlir. Biz isə əlimizdən gələni etməliyik ki, bu qəhrəmanlıq kitabı olan "Ovçu"nu geniş auditoriyaya təqdim edək.
Tədbirdə millət vəkili Qənirə Paşayeva bu müthiş kitabın təbliğini məktəblərdə, universitetlərdə aparılmasını təklif etdi. O eyni zamanda bildirdi ki, "Ovçu" kitabına filmin çəkilməyi vacibdir. Qənirə Paşayeva bu fikirlərlə yanaşı qeyd etdi ki, “ Vətən dildə sevilmir, vətən sözdə sevilmir, vətən mənəvi, yaşadığın həyat boyu sevilir”. Millət vəkili televiziyada yayımlanan şou xarakterli verilişlərə də öz tənqidi fikrini bildirdi və o qeyd etdi ki, insanları maarifləndirmək naminə bu tipli kitablardan istifadə edərək filmlərin çəkilməsi mütləqdir.
Daha sonra "Yazıçılar Birliyi"nin katibi Rəşad Məcid kitab haqqında fikirini bildirdi: " Mənim anam Yunus Oğuzun ən yaxşı oxucularındandır, o bu kitabı çəxdandır gözləyir mən onsuz rəy verə bilmərəm , anam rəy verəndən sonra mən öz fikirimi bildirəcəm...".
Tədbir digər iştirakçıların çıxışı və müzakirələri əsasında davam etdi.
Sonda Yunus Oğuz tədbir iştirakçılarına minnətdarlıq edərək:"Hələ istədiyimi axıra qədər yazmamışam, qəhrəmanlıq romanlarının davamı olacaq"la tədbiri sona çatdırdı.
Fəridə, Səidə






Yunus Oğuzun "Ovçu" romanı dövlət mükafatına təqdim olundu
“Ovçu” romanının müzakirəsi keçiriləcək
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Bu gün "Ovçu" romanının müzakirəsi keçirildi
Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu
Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının təqdimatı olacaq- ƏDƏBİYYAT İNSTİTUTUNDA
Yunus Oğuzun 5 cildliyinin birinci cildi- "Nadir şah" çapdan çıxıb
Yunus Oğuzun əsərləri rus və ingilis dillərində elektron satışda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 