Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.
Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb.
ONN media Olaylar-a istinadla xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, həmin nəşrlərdən biri - Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu "İşğal altındakı tarixi-dini abidələrimiz" kitabı Azərbaycan dili ilə yanaşı, ingilis, fars, ərəb və rus dillərində nəşr olunub. Kitab növbəti dəfə alman dilində çap edilib.
Alman dilində çap edilən foto-kitabın əsas məqsədi erməni vandalizmi barədə dünya ictimaiyyətini bir daha məlumatlandırmaqdır. Ümid edirik ki, tarixi Azərbaycan torpağı olan Qarabağdakı mədəni və mənəvi irsimiz barədə tutarlı mənbələrdən birinə çevriləcək kitab həqiqətin carçısı qismində də çıxış edə biləcəkdir.
Qeyd edək ki, ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı olan nəşri alman dilinə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rima Hacıyeva tərcümə edib.



Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
19 kitab ölkəyə buraxılmadı - SƏBƏB?
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi
Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Amil Cavadova Komitədə daha bir vəzifə verildi
Dini Komitə “Qaloş piri”ndə araşdırma apardı
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Alban-udi xristian dini icması bəyanat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 