Bu gün yazıçı-publisist Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.
ONN media-nın məlumatına görə, təqdimatda millət vəkili, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan yazıçı, jurnalist Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün mühüm vəsait olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Y.Oğuz Azərbaycanda tarixi romanşünaslığı zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: “Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanları Azərbaycan tarixini demək olar ki, bütövlükdə əhatə edir”.
Deputat qeyd edib ki, “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılıb ətraflı şəkildə təqdim olunub.
Daha sonra çıxış edən xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Y.Oğuz tariximizin ən parlaq səhifələrindən biri olan milli xalq hərəkatında fəal iştirak edib. O qeyd edib ki, Y.Oğuz həmişə öz fəallığı ilə seçilib. Onun sözlərinə görə, Y.Oğuz bu romanda öz mövqeyini ortaya qoyub: “Bu roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gəlib. Tarixi romanları yazmaq üçün tarixi, onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Yunus Oğuz tarixi yaxşı bildiyi üçün onun əsərləri tarixi romanlar içərisində seçilir".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva da romanın əhəmiyyətindən danışaraq bu əsərin xaricdə təbliğatının vacibliyini bildirib. Q.Paşayeva romanın gənc nəsillər üçün vacib əhəmiyyətini qeyd edib.
Digər iştirakçılar da romanın tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Əsərin müəllifi Y.Oğuz vurğulayıb ki, “Atabəy Eldəniz” tarixi romanı onun 2017-ci ildə yazdığı ikinci romanıdır. O qeyd edib ki, roman Azərbaycan tarixinin çox qaranlıq və keşməkeşli bir dövrünü əhatə edir: “Roman 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır”.
Y.Oğuz qeyd edib ki, romanda o dövrün təlatümləri, keşməkeşləri, atabəylərlə terrorçu xaşxaşilərin mübarizəsi əhatə edilir.






Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
Daşkəndə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub
Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçiriləcək
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Yunus Oğuzun "Cığır" romanı Sumqayıt Poeziya Evində
Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
Yunus Oğuzun "Cığır"ı Pedoqoji Universitetdə
Yunus Oğuzun 5 cildliyinin birinci cildi- "Nadir şah" çapdan çıxıb
"Cığır" romanı özbək türkcəsində çap edilib - ÖZƏL
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 