ONN media Olaylar-a istinadla xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki (AMM) Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən "Atabəy Eldəniz" romanının təqdimatı keçirilib.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.
Tədbirdə AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verərək deyib ki, bu əsər müəllifin yeddinci tarixi romanıdır. Müəllif bu romanda Azərbaycan tarixində mühüm yer tutan daha bir görkəmli dövlət xadiminin obrazını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətindən bəhs edir.
Sonra Samir Abbasov Yunus Oğuza Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.
Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" romanları işıq üzü görüb və populyarlıq qazanıb. "Atabəy Eldəniz" romanı isə müəllifin özbək dilində çap olunan dördüncü kitabıdır. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Y.Oğuz Özbəkistanda elə ilk kitabı -"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Professorlar Nemat Pavlonov, Səadət Muxammedova, dosentlər İsrail Şamsimuxammedov, Gülnaz Səttarova və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Bildirilib ki, kitabda Azərbaycan Atabəyləri dövlətinin yaranması və fəaliyyəti öz əksini tapıb.
Sonda Yunus Oğuz çıxış edərək kitab üzərindəki işindən danışıb, əsərin çapına və təqdimat mərasiminə görə Mədəniyyət Mərkəzinə və muzeyə toplaşanlara minnətdarlığını bildirib.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="36207" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]



Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
"Cığır" romanı özbək türkcəsində çap edilib - ÖZƏL
Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçiriləcək
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub
Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib
Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Yunus Oğuzun "Cığır"ı Pedoqoji Universitetdə
Yunus Oğuzun "Cığır" romanı Sumqayıt Poeziya Evində
Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu
Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı çap olunub
Türkiyədə Yunus Oğuzun "Cığır" romanının təqdimatı keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 