ONN İnformasiya Agentliyi

Bu gün Mirzə İbrahimovun vəfat etdiyi gündür

Bu gün Mirzə İbrahimovun vəfat etdiyi gündür
17 Dekabr 2021 - 11:01

Unutmayaq, unutdurmayaq!

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur.

1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. İlk anası sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Ac qalan amma qeyrətini qürurunu itirməyən Mirzə hər zaman öz əməksevərliyi,öz zəhmətkeşliyi ilə seçilirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Ana dilimizin formalaşmasında,bu ərsəyə gəlməsində Mirzə İbrahimovun əvəzsiz xidmətləri olmuşdur.

1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png