ONN İnformasiya Agentliyi

Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi

Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
19 İyul 2018 - 13:28

ONN media xəbər verir ki, bu gün 19 iyul 2018-ci il tarixində AMEA-nın Ədəbiyyat İnistutunda görkəmli yazıçı-publisist, drammaturq, tarixçi-alim Yunus Oğuzun "Ovçu" tarixi romanının müzakirəsi keçirilmişdir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnistutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, yazıçı Aqil Abbas və bir sıra digər ziyalılar, elm adamları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli "Ovçu" romanının gənc nəsillərdə vətənpərvərlik hissinin yüksəldilməsi üçün əvəzsiz vəsait olduğunu vurğuladı. Məruzəçi Elnarə Qaragözova Yunus Oğuzun "Ovçu" romanında tarixiliklə müasirliyin vəhdətini açıqladı. 

Daha sonra yazıçı Aqil Abbas bu romanın gənc nəsillərin daha çox diqqətini çəkmək üçün məktəblərə də verilməsi məsələsinə toxundu. O bildirdi ki, Yunus Oğuzun yazdığı romanların özündə fərqlilik var, məhz buna görə də onun kitabları demək olar ki, bir çox ölkələrdə məşhurdur.

Sonda romanın müəllifi Yunus Oğuz çıxış edərək bildirdi ki, "belə tarixi romanların yazılmağı mütləqdir. Hərşey vətənpərvərliklə qurulur. Biz ilk öncə vətənpərvərliyimizi ön planda saxlamalıyıq. O bildirib ki, roman yazdıqda heçbir məsələ haqqında düşünmürsən. Mövzu var mən bu romanda aprel şəhidlərini mövzu olaraq götürüb yazmışam. Biz çalışacağıq ki bu və bu kimi kitabları universitetlərə məktəblərə də verərək vətənpərvərliyimizi inkişaf etdirək".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
Bu gün “Ovçu” romanının müzakirəsi keçirildi
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png