ONN İnformasiya Agentliyi

Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu – FOTO

Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu – FOTO
15 Sentyabr 2019 - 17:14

Yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb.

ONN media xəbər verir ki, 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib.

“İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış bucağını, düşüncə genişliyini, fəlsəfi, sürreal, okkultiv, intellektual izah manevrlərini görmək mümkündür.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ön söz müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovadır.

Qeyd edək ki, “İşıq” müəllifin sayca üçüncü kitabıdır.

Kitab ilk dəfə oxuculara 16 sentyabr tarixində Sumqayıt şəhərində təşkil olunacaq I Kitab Yarmarkasında təqdim olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png