ONN İnformasiya Agentliyi

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub
09 Avqust 2018 - 11:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.

Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin – məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb.

ONN media Olaylar-a istinadla xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki,  həmin nəşrlərdən biri – Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu "İşğal altındakı tarixi-dini abidələrimiz" kitabı Azərbaycan dili ilə yanaşı, ingilis, fars, ərəb və rus dillərində nəşr olunub. Kitab növbəti dəfə alman dilində çap edilib.

Alman dilində çap edilən  foto-kitabın əsas məqsədi erməni vandalizmi barədə dünya ictimaiyyətini bir daha məlumatlandırmaqdır. Ümid edirik ki, tarixi Azərbaycan torpağı olan Qarabağdakı mədəni və mənəvi irsimiz barədə tutarlı mənbələrdən birinə çevriləcək kitab həqiqətin carçısı qismində də çıxış edə biləcəkdir.

Qeyd edək ki, ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı olan nəşri alman dilinə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rima Hacıyeva tərcümə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png