Tuş vasitəsi ilə kirpiklərin uzunluğunu və həcmini artırmaq, baxışı isə daha ifadəli etmək olar.
ONN media Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydalarını və üsullarını təqdim edir.
1. Həcm. Baxışınızı daha ifadəli etmək istəyirsiniz? Müvafiq növ tuşdan istifadə edin və çəkərkən bu qaydaya riayət edin: kirpiklərinizi kökdən uclara doğru boyayın. Tuşu gözlərin daxili künclərindən çəkməyə başlayın və tədricən gicgaha doğru hərəkət edin.
2. Daranma. Tuşun kirpiklərdə topalanmasını və kirpiklərin bir-birinə yapışmasını istəmirsiniz? Kirpiklərinizi həm iç, həm də çöl tərəfdən fırça ilə yaxşıca darayın. Beləliklə, siz kirpiklərdə qalan artıq tuşu yığışdırmış və baxışlarınızı daha ifadəli etmiş olacaqsınız.
3. Gözlərin küncləri. Kirpiklərinizi bilmirsiniz necə boyayasınız ki, onlar hətta gözlərin küncündə uzun olsunlar? Qısa nazik tüklü fırçadan istifadə edin. Kirpikləri boyadıqda gözlərinizi mümkün qədər geniş açın.
4. Kirpiklər üçün daraqlar. İstifadə etdiyiniz kosmetik vasitə duru konsistensiyaya malikdirsə, peşəkar vizajistlərin istifadə etdiyi kirpiklər üçün xüsusi daraqdan siz də yararlanın. Tuşu kirpiklərin kökünə çəkin və quru daraqla onu tüklərin uzunluğu boyunca səliqəli çəkib aparın.
5. Rəng. Çox vaxt sarı saçları olan xanımlar göz makiyajı üçün kömür-qara tuşdan istifadə edirlər, buna görə də bir qədər vulqar görsənirlər. Üzünüzün təbii gözəlliyini vurğulayan çalarlı tuşlar makiyajın daha təbii olmasına yardım edəcəklər.
6. Həddi aşmayın. Kirpiklərin bir-birinə yapışmaması üçün onları necə boyamaq lazımdır? Cavab sadədir – həddindən artıq qat çəkməyin. Gündüz makiyajı üçün 1-2 qat tuş çəkmək kifayətdir, axşam makiyajı üçün isə - 3-4 qat və ya süni kirpiklərdən istifadə etmək. Növbəti qatı əvvəlki qat tamamilə qurumamış çəkmək lazımdır.
7. Kirpiklərin burulması. Kirpikləri zərif formaya salmaq üçün tuşu çəkmədən əvvəl kirpik burandan istifadə edin. Buruq effektli fırçası olan tuş seçin.
8. Uzunluq. Kirpiklərin uzun olması üçün tuşu necə çəkmək lazımdır? Yuxarı və aşağı tükləri boyayın, sonra ovulan kirşan vurun. Növbəti layları ziqzaq hərəkətləri ilə çəkin.



Taxma kirpiklərdən istifadə edənlərə XƏBƏRDARLIQ
Kompüterdən yorulan gözlərinizi sakitləşdirin
Kirpiklərinizi bu üsullarla uzadın
Qaş və kirpikləriniz tökülür?
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu - 6 İNCƏLİK
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Makiyaj fırçalarını necə seçməli?
Makiyaj vasitələrinin düzgün isifadə qaydası
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 