Sarımsağın faydaları saymaqla bitmir. Amma mütəxəssislər sarımsaqlı çayın da orqanizmin sağlamlığına xeyirli olduğunu deyirlər.
ONN media sarımsaqlı çayın sadə üsulla hazırlanma qaydasını diqqətinizə çatdırır.
Sarımsaqlı çay resepti:
- 3 diş sarımsaq
- 1 çay qaşığı rəndələnmiş zəncəfil
- 1 stəkan su
- Bir az təbii limon suyu
Əvvəlcə orta ölçülü qabın içinə 1 stəkan su tökülür və bura rəndələnmiş 1 çay qaşığı zəncəfil qoyulur. Bunun əvəzinə 3 parça quru zəncəfil də istifadə etmək olar. Sonra qaynaması üçün qab ocağa qoyulur. Digər yandan isə sarımsaqlar təmizlənərək əzilir. Zəncəfilli su qaynadıqdan sonra onun içərisinə 3 diş əzilmiş sarımsaq əlavə edilir. Qarışıq bir az qarışdırıldıqdan sonra ocaqdan götürülür. Hazırlanan çay 10 dəqiqə dəmləndikdən sonra süzülür və üzərinə bir qədər limon sıxılır.
Qeyd edək ki, limon suyu əvəzinə təbii limon istifadə edilməlidir. Limon sıxıldıqdan sonra çay içilməyə hazır vəziyyətə gəlir.
Sarımsaqlı çay bir stəkan hazırlanır, amma iki stəkana ayrılaraq səhər və axşam olmaqla gündə iki dəfə içilir. Sarımsaqlı çay içilərkən içinə şəkər qatılmamalıdır. Şəkər qatıldıqdan sonra bu çayı içməyin mənası yoxdur. Əslində arıqlama çayı olaraq hazırlanan heç bir çayın içərisinə şəkər əlavə edilməməlidir.
Reseptini verdiyimiz sarımsaqlı çay maddələr mübadiləsinin sürətlənməsinə kömək olur və həzmi asanlaşdırır. Bununla yanaşı orqanizmdəki yağların atılmasına da təsir edir. Həmçinin toxluq hissi yaradır və beləliklə, arıqlamağa kömək olur.
Qeyd edək ki, arıqladan sarımsaqlı çayın hamilə və əmizdirən qadınların istifadə etməsi məsləhət görülmür. Həmçinin mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da bu çaydan istifadə etmək tövsiyə olunmur.



Bol zəncəfilli limonat resepti
Arıqladan SARIMSAQLI ÇAY
Hər gün bir stəkan limonlu su için - İNANILMAZ FAYDALARI
Limon mürəbbəsi resepti
Arzuladığın çəkiyə sahib ol - SEHİRLİ ELİKSİR
Qatıqlı şirniyyat resepti
Bu şorba böyrək daşlarından xilas edir
Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
Öskürəkdən qurtulmağın ASAN YOLU
Limon mürəbbəsi necə hazırlanır? - RESEPT
Mahluta şorbasının hazırlanması
Yağ yandıran möcüzəvi qarışım
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 