Mövsümi dəyişikliklər səbəbi ilə saçların tökülməsi hər kəsin yaşadığı bir haldır. Stress, vitamin əskikliyi və hormon pozuntuları da əlavə olunduqda saç tökülməsi daha da artır. Lakin evdə 10 dəqiqənizi ayıraraq hazırlayacağınız təbii maskalarla bu problemin qarşısını ala bilərsiniz. ONN media saçlarınız üçün təbii maskalar təqdim edir.
Qatıqlı maska
Tərkibində olan D, B16, B12, C vitaminləri, kalsium və proteinlər qatığı saçlarınız üçün təbii bir maskaya çevirir. Vəsaitləri və hazırlanması baxımından da asan olan qatıq maskası üçün 1 stəkan qatığı, 1 xörək qaşığı alma sirkəsi və bir xörək qaşığı balı kasada qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza dibdən uclara doğru sürtün.
Qeyd edək ki, saç maskalarını təmiz saçlara vurmaq daha yaxşı nəticə verir. Qatıq maskasını saçınızda 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulamalısınız.
Qatığın içindəki proteinlər saçlarınıza nəm qazandırarkən, vitaminlər və kalsium saç qüvvətinizi artıracaq və daha sağlam saçlara qovuşacaqsınız.
Təbii protein yumurta
Yumurta, protein və amin turşusu baxımından çox zəngin bir qidadır. Proteinlərlə bərabər yağ turşuları, A, D, E vitaminləri də yumurtanın digər qidalandırıcı maddələridir. Saçlarını yumşaldarkən yıpranmaların qarşısını alır və saça parlaqlıqla birlikdə nəm qazandırır. Saçların tökülməsinin qarşısını alır, sürətli uzanmasını da təmin edir.
1 stəkan süd, 2 xörək qaşığı limon suyu və 2 xörək qaşığı zeytun yağını 1 ədəd çırpılmış yumurtaya əlavə edin və qarışdırın. Hazırlanan qarışımı təmiz saçlarınıza və saç dərinizə masaj edərək vurun. 20 dəqiqə boyunca bu maskanı saxlayın və soyuq su ilə durulayın. Burada diqqət edilməsi lazım olan ən önəmli nöqtə saçlarınızı durulayarkən soyuq su istifadə etməyinizdir. Çünki isti su yumurtanın bişməsinə və saçlarınızın təmizlənməsində çətinliyə səbəb ola bilər.



Sızanaqları sağaldan meyvə MASKALARI
Saçlarınız tökülürsə, banan maskası edin
Saçları gücləndirən və gözəlləşdirən MASKA
Saçları gücləndirən və gözəlləşdirən MASKA
Tökülən saçların çarəsini evdə də hazırlaya bilərsiniz - MÖCÜZƏVİ RESEPT
Evdə qatıq çalmağın ASAN ÜSULU
Bu maskalar saçlarınızı inanılmaz edəcək
Həm cildiniz, həm də saçınız üçün maska
Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Tənbəl xanımlar üçün sadə və effektli 4 MASKA
Ev şəraitində dərinizi gözəlləşdirin - MASKALAR
Dərinizi canlandıran düyü maskası
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 