Xüsusilə uşaqların daha çox yeməli olduğu qatıq zəngin qida dəyərləri ilə insan orqanizminə çox faydalıdır. Tərkibində olan protein, kalsium, fosfor, potasium və fol turşusu uşaqların fiziki və zehni inkişafına olduqca təsirlidir. Ancaq qatığın bu özəlliklərindən faydalana bilmək üçün diqqət ediləcək ən önəmli nöqtə onun necə hazırlanmasıdır. ONN media evdə qatıq çalmağın asan üsulunu göstərir.
Lazım olanlar:
1 litr süd
2 xörək qaşığı qatıq
Hazırlanması:
Südü nazik tüllə süzərək qazana tökün və qaynadın. Qaynayan südü ocaqdan götürməzdən qabaq 1-2 dəqiqə qarışdıraraq qaynatmağa davam edin.
Mayalanacaq südün istiliyinin 45 dərəcə olması lazımdır. Südün istiliyini ölçərək hazırlasanız, əla nəticə əldə edəcəksiniz. Ölçən cihazınız yoxdursa, südə barmağınızı batırıb 7-yə qədər sayın, əgər barmağınız istiliyə dayanırsa, deməli, süd mayalanmağa hazırdır.
Qatığın bərk mayalanması üçün südün istiliyinin yaxşı tənzimlənməsi lazımdır.
2 xörək qaşığı qatığın içinə 1-2 xörək qaşığı ilıq süddən tökün və qarışdırın.
Hazırladığınız qatığı qazanın içindəki südə tökün və qarışdırın, sonra qazanın qapağını bağlayaraq qalın bir parça ilə bükün.
Südü təxminən 6 saat ilıq şəraitdə saxlayaraq mayalandırın. Sonra onu soyuducuya qoyun.
Nuş olsun!



Qatıq su salarsa onu əsla atmayın
Dadlı qatığı evdə necə hazırlayaq?
Saç tökülməsinin qarşısını almaq üçün maskalar
Hər gün qatıq yeyərək bu xəstəlikdən SIĞORTALANIN
Quru əncirin MÖCÜZƏVİ FAYDALARI
İsti şokolad RESEPTİ
Bir kasa qatıq, 2 qaşıq darçın... - İNANILMAZ MÖZÜCƏ
Dovğa resepti
Bitkilər də süd sevir - MARAQLIDIR
Dadlı meyvə salatı necə hazırlanır?
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
Midye börək resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 