UEFA, Beynəlxalq Futbol Federasiyalar Birliyi (FIFA) və Beynəlxalq Futbol Birliyi Heyəti (IFAB) futbolda yeni qayda tətbiq etmək istəyir. ONN media xəbər verir ki, həkimlərin üzərindəki təzyiqi azaltmaq üçün meydanda beyin sarsıntısı keçirən futbolçunun oyuna davam etməsi əngəllənəcək. Onun yerinə başqa oyunçu meydana daxil olacaq. UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilmiş "Tottenhem” – "Ayaks” matçı zamanı bunu düşündüyünü deyib. O, "Tottenhem”in müdafiəçisi Yan Vertongenin beyin sarsıntısı keçirməsinə rəğmən, oyunu davam etdirməsindən qorxduğunu bildirib: "Vertongenə nəsə olacağından qorxdum. Çünki oyuna geri dönəndə də özünü yaxşı hiss etmirdi. O, meydanda ölə də bilərdi”. "Bu yöndə qaydada dəyişiklik meydana gətirmək üçün FIFA ilə görüşəcəyik. FIFA da bunu həll etməyə çalışır. Əgər futbolçulara nəsə olsa, ömrümüzün sonuna qədər peşman olacağıq. Əgər bir futbolçunun ehtiyacı varsa, ona yardım edilməlidir. Qaydalardakı dəyişiklik oyuna təsir etməyəcək” - deyə Çeferin qeyd edib.
Futbolda yeni qayda



FIFA bu ölkələrin üzvlüyünü dayandırdı
İnfantino yenidən FİFA prezidenti oldu
Çempionlar Liqasının oyunlarını bu kanallar göstərəcək - SİYAHI
Futbolçuya banan atıldı- FİFA hərəkətə keçdi
FİFA prezidenti Azərbaycana səfər edir - İLK
"Futbol dəyişəcək" - UEFA prezidenti
Futbol qaydalarında mühüm dəyişiklik
FİFA Rusiya milli futbol komandasına öz bayrağı və adı altında oynamağı qadağan etdi
Bunu edən futbolçular cəza ala bilər
UEFA futbol üzrə dünya çempionatını boykot edə bilər
Millinin oyunu neytral meydanda keçiriləcək
UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 