Son dövrlər qazlı şəkərli içkilərə tələbat artır. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər. Odur ki, mütəxəssislər həmin içkilərin istehlakının minimuma endirilməsini tövsiyə edirlər. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, qazlı içkilərin tərkibində istifadə edilən “Aspartam” təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən “Aspartam” hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər, 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. “Aspartam” şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur. Adətən qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda tərkibində mövcud olan “Aspartam” əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və “Aspartam”ı, atsesulfam və “Aspartam”ı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur. Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tədqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbindən 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36 və gənclərin isə 17 faizi şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbi ilə həddindən artıq piylənmədən əziyyət çəkirlər. Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. ABŞ-n Massaçusets ştatının Framinqam şəhərində aparılan tədqiqata cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, şəkərli içki qəbul edənlərdə etməyənlərə nisbətən daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, onlarda, eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.axar.az
Qazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...



Qazlı şəkərli içkilərin orqanizmə zərərləri
Meyvə şirələri həyatı qısaldır?
Yorğunluq hissi yaradan əsas ərzaqlar - Siyahı
Qazlı içkilərlə bağlı mütəxəssisdən TÖVSİYƏ
Bu məhsullar sonsuzluq yaradır
Qida Təhlükəsizliyi Agentliyi: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin
Qaraciyər üçün ən ziyanlı 3 məhsul
Çox şirin içkilər bu orqanı sıradan çıxarır
İftarda qazlı su və soyuq suyun zərərləri
Bu qidalar beynin düşmənidir
Karantin dövründə bu içkiləri qəbul etməyin- DİQQƏT
Energetik içkilərin hansı fəsadları var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 