Orqanizmi faydalı maddələrlə təmin etmək və enerji almaq, yaxşı əhvalda olmaq üçün qida vacib amildir. Amma bütün qidalar buna xidmət etmir. Bir çox məhsullar var ki, onlar tez bir zamanda zərərli yağlara çevrilərək orqanizmin enerjisini oğurlayır. Bu qidalarla qidalanan zaman insan tez yorulur, gözlərinin altı torbalanır və s. ONN media Medicina.az-a istinadən həmin qidaları sizə təqdim edir: 1. Bublik Bir ədəd orta ölçülü bublik 45 qr və daha artıq rafinə olunmuş və tez bir zamanda şəkərə çevrilən qanda insulin səviyyəsinin artmasına səbəb olan karbohidratlardan ibarətdir. Bu demək olar ki, bir çox xroniki xəstəliyin, həmçinin də ürək və onkoloji xəstəliklərin yaranmasına gətirib çıxarır. 2. Meyvəli sıyıqlar Uşaqlar üçün olan meyvəli sıyıqlar çox təhlükəlidir. Belə ki onların tərkibində olan dənli bitkilər GMO-dur. Sıyığın tərkibində bundan əlavə olaraq fruktoza, saxaroza və qarğıdalı siropu var. Buna görə də yaxşı olar ki, uşağa hazır deyil, özünüzün evdə hazırladığınız təbii maddələrdən ibarət sıyıq yedirəsiniz. 3. Qazlı içkilər Qazlı içkilərin tərkibində çox miqdarda şəkər və süni rəngləyicilər var. Məsələn, dietik içkilərin tərkibində olan şəkər əvəzləyicisi aspartam 92 fərqli yan təsirə malikdir. Bunlara, ürəkgetmə, epilepsiya, anadangəlmə ürək qüsurları, emosional pozğunluqlar, baş beyin şişi və s aiddir. 4. Hazır yoqurtlar Fermentləşdirilmiş yoqurt çox faydalı qidadır. Ancaq hazır yoqurtlar heç bir faydalı xüsusiyyətə malik deyil. Ona görə ki, pasterizasiya prosesi zamanı qidalı maddələr və fermentlər məhv olurlar. 5. Sendviç, burqer və s. qidalar Çörəyin tərkibində rafinə olunmuş karbohidratlar, kolbasanın tərkibində isə antibiotikli işlənmiş ət, natrium nitrit, natrium qlutamat, qarğıdalı siropu, süni ətirləndiricilər, konservantlar və rəngləyici maddələr mövcuddur. 6. Hazır meyvə şirələri Hazır meyvə şirələrinin tərkibində rəngləyicilər, dadlandırıcı, fruktoza, qarğıdalı siropu və süni maddələr mövcuddur. Bu şirələrin tərkibində heç bir faydalı maddəyə rast gəlmək mümkün deyil. 7. Kartof çipsləri Bu qidanın istifadəsi xərçəng xəstəliyinə səbəb ola bilər. Səbəbi tərkibində bol miqdarda trans yağların və kimyəvi maddələrin olmasıdır.
Yorğunluq hissi yaradan əsas ərzaqlar - Siyahı



Gözəlləşmək və arıqlamaq üçün...
Səhər nə yesək faydalı olar?
Yorğunluqdan qurtulmaq üçün nə etməliyik?
Gözlərimizin nurunu alan QİDALAR
Gözəlləşmək və arıqlamaq üçün...
Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHI
Qida Təhlükəsizliyi Agentliyi: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin
Şirniyyat həsrətindən necə qurtulmaq olar? - Ekspertdən 4 QIZIL MƏSLƏHƏT
Asan həzm olunan 8 məhsul
İştahı necə azaltmaq olar?
İnanılmaz dərəcədə zərərli olan qida nədir?
Bu qidalar ömrü uzadır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 