Bəzi elit toylarda Qərbi Afrikadan gətirilən şimpanze ətindən istifadə olunur. Elm adamları isə bu ətdən istifadə səbəbindən yeni epidemiyanın yarana biləcəyi barədə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, İngiltərədə bəzi zənginlərin toyunda şimpanze ətindən istifadə edildiyi iddiası ilə "Daily Telegraph" qəzeti çıxış edib.
Qəzet bildirir ki, şimpanze əti Qərbi Afrikadan qaçaq yollarla ölkəyə gətirilərək, satılır.
Elm adamları isə bu ətlərin gömrük məntəqələrində DNT testinə məruz qalmasını vacib sayır.
Şərqi İngiltərə Universitetinin mütəxəssisi Ben Garrod isə bir neçə həftə əvvəl Qərbi Afrikadan ABŞ-a gedən təyyarədə çoxlu miqdarda şimpanze əti ələ keçirildiyini bildirib.
Meymun ətinin mal-qara və donuz ətindən 5 dəfə baha olduğu da qeyd edilir.
Hələ 1960-cı illərdə şimpanzelərlə bağlı araşdırma aparan doktor Ceyn Quddol isə hesab edir ki, şimpanze ətindən böyük bir epidemiya başlaya bilər. Mütəxəssis hesab edir ki, bu heyvanlar insana daha çox bənzər olduğundan onlardan insanlara müxtəlif növ viruslar keçə bilər.



Qoyun ətinin faydaları
Məşhur sənətçi agent çıxdı
Kimlərə qurban əti yemək olmaz
Toylarla bağlı yenilik nədir?
Qərbi azərbaycanlılarla bağlı yeni təklif
Qərbi Azərbaycan İcması: "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurum tanımırıq
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı
Yayda ət alarkən buna DİQQƏT EDİN
Toyuqdan yemək hazırlayırsınızsa, bunları bilməlisiniz
Yunanıstanda "Qərbi Nil" tüğyan edir: 30 -dan çox ölü
Koronavirusla bağlı ŞOK AÇIQLAMA: hələ 21 min il öncə...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 