Qarşıdan gələn Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək. Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.
ONN media medicina.az-a istinadən qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırıb. Əgər bu siyahıya nəzər yetirsək, onu demək olar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.
Terapevt Arzu Musayeva saytımıza verdiyi açıqlamada qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:
“İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.
Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.
Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:
-Artrit, artroz – qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər
-Ateroskleroz – damarlarında tutulması olanlar
-Qan təzyiqi yüksək olanlar
-Şəkərli diabet xəstələri
-Ürək –damar problemləri olanlar, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər – qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır.
-Böyrəklərində və öd kisəsində daş olanlar
-Qaraciyər xəstələri
-Podaqrası olanlar
Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.



Qoyun ətinin faydaları
Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - AÇIQLAMA
GÖRÜLMƏMİŞ OLAY: Keçiyə yun yapışdırıb qoyun adıyla satdılar
Qurban bayramına görə ət bahalaşdı?
Qurbanlıq qoyun almaq neçəyə başa gələcək? - QİYMƏTLƏR
Qurbanlıq qoyun seçərkən nələrə diqqət etməliyik?
Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda quzu əti bahalaşdı
Kimlərə qurban əti vermək olmaz?
Bu şəxslərə heyva yemək qadağandır
Qurban kəsənlər bunları bilməlidir
Bu gün Azərbaycanda QURBAN BAYRAMIDIR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 