İşğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı rejimin başçısı Bako Saakyan bu gün general-leytenant Arşavir Qaramyanı “Təhlükəsizlik Şurası”nın sədri təyin edib.
Arşavir Qaramyan 1-ci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən seperatçılar arasında yer alıb. Şuşanın işğalında iştirak edib. Seperatçı rejimdə “Baş prokuror”, “Təklükəsizlik xidmətinin” direktoru kimi vəzifələr daşıyıb. Sonuncu vəzifəsi Bako Saakyanın xüsusi məsələlər üzrə müşaviri olub.
Məlumat üçün bildirək ki, təxminən 10 gün əvvəl Arşavir Qaramyan sosial şəbəkə hesabında cəbhə xəttinin üzərindən uçan Azərbaycan hərbi vertolyotunun video görüntüsünü yayaraq bildirib ki, “12 noyabr”ın qisasını almaq vaxtıdır.
Qeyd edək ki, 2014-cü ilin 12 noyabr tarixində Azərbaycan ordusunda müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov Ağdam rayonunun Kəngərli kəndi yaxınlığından uçan düşmən vertolyotunu vuraraq partladıb. O zaman əsgərlərin “Vur, komandir vur!” deməsi sosial mediada “#VurKomandirVur” həştəqilə paylaşılaraq böyük populiyarlıq qazanıb. Bu səbəbdən də “Vur, komandir vur” ifadəsi işlədilən zaman qarşı tərəf özünü təhqir olunmuş hesab edir.
Maraqlıdır ki, erməni generalın paylaşdığı və vurmaqla hədələdiyi Azərbayacan hərbi vertolyotunun görüntüsünə rəy yazan ermənilərin özləri belə azərbaycan dilində “Vur, komandir vur” yazaraq Arşavir Qaramyanı ələ salıblar. Azərbaycan dilində “Vur, komandir vur” rəyini yazanlardan biri isə mətbuata Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə açıqlamalar verən erməni ekspert Edqar Elbakyan (Էդգար Էլբակյանն) olub.
Erməni generalın paylaşdığı videonu və erməni ekspert Edqar Elbakyanın yazdığı rəyi təqdim edirik:Turkustaninfo





Ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər – VİDEO
Rəsmi Beyrutdan Azərbaycana qarşı hörmətsizlik – FOTOLAR
Erməni general öldü
General Hikmət Həsənovla bağlı ƏMR VERİLDİ
İran maşınları Qarabağa yanacaq daşıyır?- RƏSMİ
SON DƏQİQƏ: Arutyunyan saxlanıldı
Qarabağda müharibəyə hazırlıq başladı
Saakyan və Qukasyanın həbs xəbəri yayıldı
Binəli Yıldırım: “Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək”
Saakyan dərhal İrəvana getdi- Torpaqlar Azərbaycana verilir?
1991-ci il noyabrın 20-də Xocavənd Qarakənd -NÖVBƏTİ ERMƏNİ TERRORU
Azərbaycan və Ermənistanın DTX və DSX rəhbərlərinin görüşü keçirildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 