Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki seperatçı rejim adından Livanın paytaxtı Beyruta humanitar yardım göndərilib. ONN media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan paylaşıb. Paşinyan qeyd edib ki, yardımlar “Artsax xalqı” (Qarabağ) adından göndərilib. Yayılan məlumatlarda bildirilir ki, separatçı-terrorçu rejimin göndərdiyi yardımlar Beyrut şəhərinə çatıb və Livan rəsmiləri Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək üzərində separatçı rejimin bayrağının əks olunduğu yardımları qəbul ediblər. Onu da bildirək ki, ötən həftə Azərbaycan Beyrutada baş verən dəhşətli parlayışa görə Livana 1 milyon dollar yardım edib. Məlumat üçün bildirək ki, ötən həftə Livanın paytaxtı Beyrut şəhərində dəhşətli parlayış baş verib. Partlayışdan ən çox zərər görən Beyrutda ermənilərin ən çox məskunlaşdığı Burc Hamod rayonu olub. Bələdiyyə başçısı milliyətcə erməni olan Burc Hamod rayonunda ilk erməni terror təşkilatları hesab olunan “Daşnaksütun” və “Hnçak”ın qərargahları yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağda Azərbaycanlılara qarşı döyüşən erməni terrorçulardan bəziləri də məhz Burc Hamod rayonunun sakinləri olub. Onların arasında ən məşhuru Vazgen Sislyandır. Bu terrorçu 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə daxil olaraq 60 nəfəri girov saxlayıb. 1991-ci ildə Budapeştdə Türkiyə səfirinə qarşı sui-qəsd həyata keçirib. 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın əsas iştirakçısı olub. Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfindən “Qarabağ qəhrəmanı” adına layiq görülüb və bu terrorçu hazırda həm Livan (Burc Hamodda qeydiyyatdadır), həm də Ermənistan vətəndaşıdır. Bundan başqa Burc Hamod rayonu uzun illər “ASALA” terror təşkilatının mənzil-qərargahı olub. Qarabağda Azərbaycana qarşı döyüşən daha bir terrorist Monte Melkonyan da uzun illər məhz Burc Hamod rayonunda yaşayıb və daha sonra Qarabağa gəlib. /Yeniavaz.com/
Rəsmi Beyrutdan Azərbaycana qarşı hörmətsizlik – FOTOLAR



Nikol Qarabağ danışıqlarının üstündən yenə xətt çəkdi
Beyruta dəyən ziyanın məbləği açıqlandı
Beyrutda anti-erməni aksiyası keçirilir
Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistandan AÇIQLAMA
Beyrut partlayışından daha bir QORXUNC GÖRÜNTÜLƏR - VİDEO
SON DƏQİQƏ: Beyrut limanı yanır
Paşinyanın Ermənistana gətirdiyi ermənilər Qarabağa köçürülür
Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir
Beyrutda vəziyyət GƏRGİNLƏŞİR: XİN binasına hücum edildi
Paşinyan Qarabağda: Döyüş mövqelərinə baş çəkdi - FOTO
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Xankəndində 3 saatlıq Qarabağ görüşü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 