Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən, zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Bu barədə ONN media -ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.
Nazirlikdən istilərlə bağlı XƏBƏRDARLIQ - İşlər dayandırılmalıdır



Nazirlikdən işəgötürənlərə MÜRACİƏT: Tədbir görün
İsti havada hansı şəraitdə işləmək məsləhətdir?
Bütün işlər dayanmalıdır- RƏSMİ
İsti havalarda iş rejimi - Bu halda bütün növ işlər dayandırılır
Sabah bu yerlərdə İŞ DAYANDIRILACAQ- ƏGƏR...
Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
İşəgötürənlərə xəbərdarlıq edildi
Bu kişilərə ödənişli məzuniyyət veriləcək - YENİLİK
Evdən işləyən işçilərə məzuniyyət veriləcək? – RƏSMİ AÇIQLAMA
İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
Özlərini məmur kimi təqdim edən dələduzlar peyda olub - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 