Əmək Məcəlləsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, işçilər ilin soyuq vaxtında havanın temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara fasilələr verilməli və iş dayandırılmalıdır:
“Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir. Küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. Tikinti işləri görüldükdə və ya dənizdə işləyərkən küləyin gücündən asılı olaraq qanunla nəzərdə tutulan bir sıra işlərin görülməsi dayandırılır. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəzləyən növbələrlə təmin edilməlidir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Vurğulanıb ki, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır



Sabah bu yerlərdə İŞ DAYANDIRILACAQ- ƏGƏR...
Nazirlikdən istilərlə bağlı XƏBƏRDARLIQ - İşlər dayandırılmalıdır
İsti havalarda iş rejimi - Bu halda bütün növ işlər dayandırılır
Bayram günləri Bakıda hava necə olacaq?
Nazirlikdən işəgötürənlərə MÜRACİƏT: Tədbir görün
İsti havada hansı şəraitdə işləmək məsləhətdir?
Əlillərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək - QƏRAR
Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq
Küləyin sürəti şiddətlənir- YENİLƏNİB
Yaxın saatlarda hava KƏSKİN PİSLƏŞƏCƏK - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Təyyarələr üçün qlobal — İSTİLƏŞMƏ TƏHLÜKƏSİ
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ: Avqustun 24 -dək...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 