ONN media xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib. M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir. Səhiyyə Nazirliyi Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov bildirir ki, müayinənin heç bir ziyanı yoxdur: "Hepatit B insana cinsi yolla keçə bilər, C virusu isə bu yolla keçmir. Ona görə, müayinənin heç bir zərəri yoxdur". B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova isə bildirir ki, bu virus insanı həmin an öldürmür: "70-80% hallarda bu virus təsadüf nəticəsində öyrənilir. Məncə Milli Məclisdə təklif edilən qərar olduca vacib və düzgündür. Hepatit B 90% hallarda cinsi yolla yoluxur. C virusunun isə cinsi yolla yoluxması 2%-dir.Hepatit qaraciyərin virusudur. Ona təsir edir və sıradan çıxarır. Onun qaraciyərin inkişafına təsir edib sıradan çıxarması hardasa 10 il ərzində baş verir. Ailədə problem yaratmır. Sadəcə virusa yoluxmuş şəxsdə qaraciyər serrozu yaradır. Virus yemək, qan və damcı yolu ilə keçmir. Hepatit virusu ancaq cinsi yol, qan, sterlizə olunmayan ləvazimatlardan keçir. Uşağa da ana vasitəsilə doğuş zamanı keçir. Ona görə hepatiti olan xəstələr qeysəriyyə əməliyyatına götürülür. Belə yolla dünyaya gələn uşağın hepatitə yoluxma faizi çox aşağıdır. Amma normal doğuşla uşaq anadan bu virusa yoluxa bilər". Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.
Azərbaycanda bu şəxslər evlənə bilməyəcəklər



Hepatit B-nin əlamətləri necə olur? - HƏKİM AÇIQLADI
Dəsmalla hepatit və SPİD keçə bilərmi? - AÇIQLAMA
Ölkədə bu xəstəliklər azaldı
Məktəblərdə yayılan bu xəstəliklə bağlı xəbərdarlıq edildi
Azərbaycanda şagirdlər arasında hepatit A virusu YAYILDI
Qan verən 116 nəfərdə Hepatit C, 96 nəfərdə Hepatit B aşkarlanıb
Bu xəstəliyin daşıyıcısı xəstəxanada qızılcaya yoluxub?
DİQQƏT- Bu şəxslər müəllim işləyə bilməyəcək
Tibbdə möhtəşəm kəşf
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
Bu deputatlara maşın verilir - Siyahı
TƏBİB-lə bağlı YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 