Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.
ONN media xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilir.
Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.
Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə, Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur.
İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir.
Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.



Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb
Toya əngəl olan səbəb: iki mindən çox gənc məyus oldu
Allahşükür Paşazadə qan verdi
Bu saata "Aşura" ilə əlaqədar neçə nəfər qan verib?
Aşura ilə bağlı toplanan qan vətəndaşlara pulla verilir?
Azərbaycanda bu şəxslər evlənə bilməyəcəklər
Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Aşura günü ilə bağlı qan vermə aksiyası başlayıb
Dəsmalla hepatit və SPİD keçə bilərmi? - AÇIQLAMA
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi qanvermə aksiyası keçirib
Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək
Azərbaycanda şagirdlər arasında hepatit A virusu YAYILDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 