Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir. Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir. Diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana əti ondan bir az aşağı kaloriyə malikdir. Məsələn, kələm dolması quzu ətindən hazırlanıbsa, onun 2 ədədinin kalorisi 300-400, bəzən 500 kaloriyə çata bilər”. Həkimin dediyinə görə, sağlamlıq problemi olanlar qidalanmaya xüsusilə diqqətli yanaşmalıdırlar. Orqanizmin kalori tələbatı pozulanda sonradan onun müəyyən fəsadları yarana bilər: "Gün ərzində heç bir qida qəbul edilməsə və yalnız axşam xəngəl yemək kifayətdir ki, kalorinin müəyyən bir hissəsini tutsun. Ağır xörəklərdən sonra yeyilən hər hansı qida orqanizmdə maddələr mübadiləsini zəiflədir. Xüsusilə qan təzyiqindən əziyyət çəkən xəstələrin axşam saatlarında ağır qidalar qəbul etməsi müəyyən fəsadlar yarada bilər”.
Milli xörəklərin kalori dəyəri



Bayram şirniyyatlarının kalorisi nə qədərdir?
Üzüm bəhməzinin bilinməyən faydaları
Arıqlamaq üçün 4 qızıl qayda
"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun
Kalorisi az olan səhər yeməyinin faydaları
Arıqlamağa kömək edən menyu
Qızardılmış yeməklərin ziyanı nədir?
Maddələr mübadiləsini sürətləndirməyin ən asan yolu
Çəkini nəzarətdə saxlamaq üçün bu qaydalara riayət edin
Arıqladan ən effektiv 7 İÇKİ
Pəhrizinizə bu meyvəni əlavə edin - ARIQLADIR
Bişmiş kələmdən gələn xoşagəlməz qoxunun XEYİRİNİ BİLİRDİNİZ?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 