Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ” rejimi növbəti təxribata əl atıb.
ONN media modern.az-a istinadla xəbər verir ki, separatçı qurumun “keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.
Paralel olaraq, Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 hidoelektrik staniyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.
Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.
Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.
Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq qurum 2017-ci ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi.



Azərbaycan Sərsəng su anbarının istismarına başladı
Sərsəng su anbarına baxış keçirilib
Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başladı
Cəbrayıla yeni suvarma kanalı çəkiləcək
Suqovuşan niyə quruyur?- Rəsmi
Prezident Füzulidəki Aşağı Köndələnçay su anbarında (YENİLƏNDİ)
XİN elan etdi- Bu proses başladıldı
Prezident bu yola 17 milyon ayırdı
Ağdərənin işğalından 26 il ötür
31 Mart Soyqırımı Günü ermənilər təxribata əl atdı
Qarabağın su ehtiyatları açıqlandı
Onlarla erməni əsgəri... - Arutunyandan ETİRAF
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 