Azərbaycan hökuməti yeni viza növünün - “Start-up VISA”ın tətbiqinə hazırlaşır. ONN media xəbər verir ki, artıq bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında müzakirələr aparılır. DMX-nin rəisi Vüsal Hüseynov açıqlamasında xəbəri təsdiq edib: “Bizə müvafiq təklif daxil olub. Burada qanunvericiliklə bağlı bəzi məsələlər var, hazırda üzərində işləyirik". NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli isə "Report"a bildirib ki, hazırda rəhbərlik etdiyi qurum bu istiqamətdə iş aparır: “Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq bir sıra dövlət müəssisələri, o cümlədən NRYTN yanında İnnovasiyalar Agentliyi publik hüququi şəxsi yaradılıb. Agentliyin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir”. Onun sözlərinə görə, Agentlik makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq yerli sahibkarlarla yanaşı əcnəbi sərmayəçiləri də Azərbaycana yatırıma təşviq edib onlarla iş aparır: “Belə ki, xaricdən gələcək yeni istedadların, sahibkarların ölkənin ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək məqsədi ilə, dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsinə və Azərbaycandan getməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verəcək rəsmi sənəd – "Start-up Visa" – layihəsinin üzərində işlər aparılır. Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Azərbaycanda işinizə davam etmək şansınız yüksəkdir". Xatırladaq ki, bir sıra ölkələrdə - Latviya, Litva, Estonia, Fransa, Danimarka, Irlandiya, Italiya, Isveç, Niderland, Çilidə bu cür vizalardan istifadə olunmaqdadır. 2014-cü ildə açılmış İtaliyanın “Startap Visa”sına 2019-cu ilin I rübünün sonuna qədər 434 müraciət edilib, onlardan 230 müraciət təsdiqlənib. Estoniyada isə “Start-up Visa” 2017-ci ildən açılıb və ilk 6 ayda artıq 400 belə viza müraciət edilib. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənib. Litvada da “Start-up Visa” 2017-ci ildən açılıb. 2018-ci ildə bu viza üçün 178 xarici şirkət müraciət edib ki, bu da 2017-ci il ilə müqayisədə 41% daha çoxdur.(report)
Yeni viza növü tətbiq ediləcək - AZƏRBAYCANDA



Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR
Bu agentliyə yeni sədr təyin olundu
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Yalnız bu şəxslər taksi fəaliyyəti göstərə biləcək
Azərbaycanda yeni publik hüquqi şəxslər yaradıldı
Bu nazirliyin adı dəyişdi - FƏRMAN
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ZƏRƏRDƏ
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN
Mehdiyev Bayraqdarla görüşdü
Bu qurum "Asan Xidmət" dən alındı
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
Dövlət Dəniz və Liman Agentliyi yaradıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 