Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ilə görüşüb. ONN media xəbər verir ki, görüş zamanı “Baykar” şirkətinin və “Türkiyə Texnoloji Takımı”nın (T3) “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb. “Deneyap” proqramı uşaq və gənclər üçün 2 illik təlim və 1 il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır. Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” (T3) arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və " Türkiyə Texnoloji Takımı”nın (T3) həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda, jüri üzvü olub.
Mehdiyev Bayraqdarla görüşdü



Ülvi Mehdiyev Səlcuq Bayraqdarla görüşdü
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
Türkiyə Ukraynada PUA istehsal edəcək – Özden
Azərbaycan-Türkiyə sənədləri imzalandı (YENİLƏNDİ)
Slovakiya “Bayraqdar” üçün danışıqlara başladı
Bayraqdar hərbçilərimizi təltif etdi
Bayraktardan ilk paylaşım- "Kızılelma" boyandı
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir
Türkiyə bu ölkələrə də PUA göndərəcək - Bayraqdar
Bu qurum "Asan Xidmət" dən alındı
Yalnız bu obyektlər işləyəcək - Ülvi Mehdiyev
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 