Məşhur Amerika və Avstraliya bioloqu Devid Sinkler resveratrolun qocalma əleyhinə təsirini araşdıran dünyanın aparıcı mütəxəssislərindən biridir. Hazırda ABŞ-da, Harvard Tibb Məktəbində işləyir. ONN media xəbər verir ki, həkim Avstraliya Tibbi Tədqiqat Cəmiyyəti medalı və Amerika Birləşmiş Ştatları Səhiyyə Departamentinin NIGMS MERIT mükafatı da daxil olmaqla 25-dən çox nüfuzlu mükafat qazanıb. Professorun sözlərinə görə, siçanlar üzərində aparılan təcrübələr göstərir ki, düzgün pəhriz və resveratrol ən yaxşı birləşmədir: "Siçanlarda piylənmə olduqda resveratrol əhəmiyyətli təsir göstərir. Ancaq balanslı pəhriz və resveratrol verdiyimiz siçanlar yalnız vasitə qəbul edənlərdən çox yaşayır. Bu da onu göstərir ki, resveratrol pəhrizlə birlikdə daha güclü təsirə malikdir. Dərman və regeranitiv müalicə ömrü uzatmaq üçün böyük potensiala malikdir. Tədqiqatım vücudun müdafiəsini aktivləşdirərək bədənin mümkün qədər uzun müddət sağlam qalmasını hədəfləyir. 2050-ci ildən sonra doğulan uşaqların 100 yaşa qədər yaşamasını gözləmək olar. İnsanlar ömrünün çox hissəsini sağlam keçirəcək, 80 yaşdan sonra tennis oynaya və nəvələri ilə əylənə biləcəklər. İndi bəzi insanlarda buna rast gəlinir, lakin yaşlanma əleyhinə vasitələr əlçatan olduqda bu aktivliyi çoxunda görə bilərik. Bu da o deməkdir ki, indi 100 yaşına qədər yaşayan insanların ömrü 120-130-a qədər uzana bilər". Professor hesab edir ki, əsrin sonuna qədər insanlar 150 yaşa kimi yaşaya bilər, çünki o vaxta qədər bir sıra tədqiqatlar aparılacaq: "30 yaşdan əvvəl qəbul edilən dərmanlar orqanizmin xəstəliklərə və yaşlanmaya qarşı müdafiəsini artırmağa imkan verəcək", - o bildirib.
Uzunömürlülüyün sirri açıldı- İNANILMAZ



Üzüm qabığının bu faydasını bilirdinizmi?
Üzüm qabığının bu faydasını bilirdinizmi?
Şokolad və şərab virusları öldürür
Akasya çayının inanılmaz faydaları
Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK
Bu pəhriz ölüm riskini azaldır
Yaranı sağaldır, şəkəri azaldır - Üzüm toxumunun faydaları
Sarıkökün inanılmaz faydaları
Qadın sağlamlığı ilə bağlı 5 vacib qərar
Uşaq nəm salfetləri qida allergiyası törədə bilər
Pəhriz zamanı ac qalmayın
Pəhriz zamanı aclıqdan qurtulmaq olar? - QAYDALAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 