İzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb. ONN media xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb. Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib. Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb: “Biz də burada badımcanın iki xüsusiyyətindən istifadə etdik. Badımcana baxanda çox parlaq, düz və hamar olduğunu görürük. Bunu təmin edən badımcanın içindəki kimyəvi maddələrdir. Biz bu kimyəvi və parlaq maddənin insana təsirini öyrəndik. Ancaq dəriyə mənfi təsiri olmaması üçün bir neçə yol axtarışına çıxdıq. Laboratoriyamızda dərman formulunu inkişaf etdirdik. Nanotexnologiya üsullarla molekulu dərman olaraq istifadə etməyə çalışmışıq. Araşdırma göstərdi ki, qlikoalkaloid dəriyə çox xeyirdir. Bir xəstənin dil xərçəngi hüceyrəsində dərmanı sınadıq və uğurlu alındı. Sonrakı mərhələdə onun siçanlar üzərində təsirlərini araşdıracağıq. Əgər bu nəticələr də müsbət olarsa, dərman şəklində istehsal olunacaq. Dərmanın bütün dəri xəstəliklərində, başda dəri xərçəngi, çiban olmaq üzrə bir çox dəri xəstəliklərinə yaxşı təsir edəcəyini düşünürük". Araşdırmada o da qeyd olunub ki, badımcandakı qlikoalkaloidlər yüksək dozada qəbul edildiyi zaman toksik təsirə səbəb olur, hətta ölümə apara bilər. Odur ki, maddə dəriyə nano texnologiyaları ilə nüfuz etdirilib. Nano texnologiyaları ilə hüceyrə içinə daxil edildiyi üçün daha çox təsir göstərir. Bir növ damcı üsulu ilə tətbiq edilir.
Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK



Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
Masamələri bu yağlarla sıxlaşdırın
Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
Zeytunun inanılmaz faydaları
Botoks effekti almaq üçün mütləq oxuyun
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – HƏKİM
Limon duzunun inanılmaz faydaları
Qara istiotun möcüzə faydaları
Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT
Apteklərdə qliserin şamı niyə yoxa çıxıb? - Qəbizliyi olanlar çarəsizdir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 