Cari il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadovun ONN media -ya verdiyi məluamata əsasən, yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.



Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb
Piyadanı vurub hadisə yerindən yayınan şəxs saxlanıldı - DİN
Hadisə yerindən qaçan sürücü saxlanıldı
Qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı
Piyadanı vurub qaçan sürücü TUTULDU
Gədəbəy rayon sakini istintaqa cəlb olunub
Hadisə yerindən yayınan “mopedçi” saxlanılıb
Piyadanı vurub qaçan sürücü saxlanılıb
Piyadanı öldürüb qaçan sürücü tutulub
Yol polisi avtomobillə azyaşlını vuraraq öldürdü - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 