Şirvanda oğurluq edən şəxslər tutulub.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan ONN media-ya verilən məlumata görə, fevralın 8-də Şirvan şəhər sakini Rahil İsrafilov ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus kafedən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.
Araşdırmalarla kafedən ümumi dəyəri 1200 manat olan texniki avadanlıq və ərzaq məhsullarının oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Emin Kərimov və Famil Bağırov saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.
Digər bir oğurluq faktı da fevralın 8-də qeydə alınıb. Bakı şəhər sakini Akif İsgəndərov Şirvan PŞ-yə ərizə ilə müarciət edərək, şəhərin fasiləsiz su ilə təmini məqsədi ilə müvafiq işlər aparan istehsalat müəssisəsindən birinə məxsus binanın saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq edilməsi barədə məlumat verib.
Aparılan araşdırmalar nəticəsində zirzəmidən ümumi dəyəri 900 manat olan bir ədəd böyük və digər texniki avadanlıq, eləcə də 20 metr uzunluğunda naqilin oğurlandığı məlum olub.
ŞPŞ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Qurbanxan Günəşov saxlanılıb.
Törətdiyi cinayəti etiraf edən Q.Günəşovdan oğurladığı tikinti ləvazimatlarının bir qismi maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Şirvanda 4 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL
24 min manatlıq oğurluq: Üç nəfər SAXLANILDI
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
Şirvanda "patı" satan qadın ƏLƏ KEÇDİ
Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Bərdədə ev soyudu: Pul və qızıl oğurlandı
Qaçırdığı maşını yandırdı - ŞOK OLAY
Evlərdən oğurluq edən şəxs yaxlanıb
Bakı sakininin bank hesabından pul oğurlanıb
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Bank hesabından oğurluq edən qadın tutuldu
Silsilə oğurluq edən qohumlar saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 