Ötən gecə Sabirabadın Həşimxanlı kəndində baş vermiş ağır yol qəzasında vəfat edən 33 yaşlı Anar Mirzəyev AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin oğlu imiş.
ONN media Lent.az-a istinadən xəbər verir ki, A.Mirzəyevin sərnişin qismində olduğu “Cip” markalı minik avtomobili su kanalına aşıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.
Onu da qeyd edək ki, keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.



Maşın kanala aşdı: bir ölü
AFFA prezidentinin oğlu həyatını itirdi
Avtomobil kanala düşdü — Sürücü öldü
“Hyundai” markalı minik avtomobili aşıb
Şamaxıda dəhşətli HADİSƏ
Sabirabadda avtomobil su kanalına aşdı - ÖLƏNLƏR VAR
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu əsgər gedir
Minik avtomobili maneəyə çırpılıb - ÖLƏN VAR
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən uzaqlaşdırıldı
Dəhşətli qəzanın VİDEOSU yayıldı
Sumqayıtda sərnişin avtobusu qəza törətdi: ölən var
Bakı- Şamaxı yolunda qəza olub
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 