ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində "KAMAZ" markalı yük avtomobili ilə "BMW" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb.
Qəza əticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Qəzada ölənlərin kimliyini müəyyən edilib. Qəza nəticəsində BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.
Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.
Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.
Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar.
Onların hamısının yaxın qohum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[embed]https://www.youtube.com/watch?v=AE2i_RnUQr4&feature=youtu.be[/embed]



Şamaxıda dəhşətli HADİSƏ
Bərdədə dəhşətli qəza- 4 ÖLÜ
Qazaxda dəhşətli hadisə: ÖLƏNLƏR VAR
Yük avtomobili ilə minik avtomobil toqquşdu-Ölənlər var
Yük avtomobili ilə minik maşın toqquşub
Siyəzəndə AĞIR QƏZA
Minik avtomobili maneəyə çırpılıb - ÖLƏN VAR
FHN Lənkərandakı dəhşətli qəza ilə bağlı məlumat yaydı
Beyləqanda zəncirvari qəza olub, ölənlər var
Ağır yol qəzası - 2 ÖLÜ
Qobustanda dəhşətli qəza- Ölənlər var
Sarayda DƏHŞƏTLİ QƏZA - Ölən var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 