Dodaqlarda 1 milyondan çox sinir ucları var. Xüsusi qayğıya ehtiyacı olan dodaqlar bəzən sağlamlığımızla əlaqədar bəzi problemlər barədə müəyyən mesajlar verir. ONN media bu yazıda oxucuları dodaqların bədən sağlamlığı ilə əlaqəsini göstərən 8 işarə ilə tanış edib. 1. Dodaqlarda uçuq (Herpes) Dodaqdakı uçuq ağrılı və ya narahatedicidir. Çox vaxt zərərsiz olan bu şişkinlik müalicəsiz yox ola bilər. Bunlar dodağınıza etdiyiniz estetik müdaxilələr və bədənin bəzi qidalara verdiyi reaksiya nəticəsində meydana gəlir. Ancaq başlıca səbəb herpes virus infeksiyasıdır. 2. Ağız küncündəki çatlar Tüpürcəyin ağzınızın kənarlarına toxunması çat yarada bilər. Quru dodaqları tez-tez yalamaq əslində nəm infeksiyalar üçün mükəmməl mühit yaradır. 3. Quru və çatlamış dodaqlar Dodaqlarınızdakı quruluq bədəninizdə nəm çatışmazlığını göstərə bilər. Nəm balansının pozulması qapalı məkanlarda çox olma, az maye qəbulu və ya stress sayəsində baş verə bilər. Qurumuş dodaqların digər səbəbi allergiyadır. Qaşıntı hiss edirsinizsə, mütəxəssis müayinəsindən keçin. 4. Dodağın ətrafındakı qırmızı halqa Ağız ətrafındakı qırmızı halqanın ən çox görülən səbəblərindən biri yalama dermatidir. Dodaqları təkrar yalamaq onun ətrafındakı dəridə olan təbii yağları qurudur, nəticədə qırmızılıq və qaşıntı yaranır. Sadə nəmləndiricilərlə bu vərdişdən xilas ola bilərsiniz. 5. Üst dodaqdakı qırışlar Üst dodağınızda qırışlar görməyə başlamısınızsa, bu həm fiziki, həm də emosional səbəblərdən dolayı baş verir. Stress səbəbilə çox siqaret çəkmək kimi pis vərdişinizə son qoyun. 6. Dodaqlarda rəng dəyişikliyi Solğun dodaqlar qanda oksigenin zəif dövranını göstərir. Əl və ayaq barmaqlarında eyni hal ola bilər. Ağ və ya solğun rəngli dodaqlar da əslində tibbi müdaxilə tələb edən anemiyanın olduğuna dair işarədir. Qanda şəkər səviyyəsinin az olması, qan dövranı problemləri və ya vitamin çatışmazlığı da buna səbəb ola bilər. 7. Şişmiş dodaqlar Şişkinlik allergik reaksiya əlaməti ola bilər. Kosmetik vasitələrdən istifadə edərkən dodaqlarınızın böyüdüyünü müşahidə etsəniz, onlardan mümkün qədər imtina edin. Dodağınız qısa müddət ərzində böyüsə, həkimlərdən kömək istəyin. 8. Dodaqlarda qara ləkələr Dodaqlardakı qara ləkələrin səbəbi müxtəlifdir. Hiperpiqmentasiya qəhvəyi ləkələrə səbəb ola biləcək yayılmış vəziyyətdir. Bunu yalnız dodaqlarda deyil, yanaq, burun və alında da görə bilərsiniz. Günəş də ləkələrə səbəb ola bilər. Vücudunuzda lazım olduğundan daha çox dəmirin olması da digər səbəbdir. Odur ki, mütləq həkim müayinəsinə gedin.
Dodaqlarınız sağlamlığınız haqqında nə deyir?



Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Ağzınız quruyursa... 5 TƏHLÜKƏLİ SƏBƏB
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Ayağın şişməsinə səbəb nədir? - Bu hallara diqqət
Smartfon işlədənlərin NƏZƏRİNƏ
Bu üç problemdən qurtulmağın ən qısa üsulları
Diş ətinin qanaması hansı xəstəliyin gizli əlamətidir?
96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları - Çox yedikdə isə…
Ağız qoxusunun qarşısını alan İNANILMAZ ÜSULLAR
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir
Səhhətinizdə bu əlamətlər varsa deməli siz...
Ağızda quruluq bu 5 ciddi xəstəliyin əlamətidir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 