ONN İnformasiya Agentliyi

Göyçay sakini özünü körpüdən ataraq intihar etdi

Göyçay sakini özünü körpüdən ataraq intihar etdi
04 İyun 2020 - 13:27

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saat 8:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Elçin adlı şəxs özünü körpüdən çaya atıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png