Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.
“Report” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda rayon ərazisindəki DYP postunda qeydə alınıb.
Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, polis əməkdaşı 1982-ci il təvvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Buna görə Orxan Bağırovun hadisə törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.



Salyanda DYP postuna hücum edən şəxs həbs olundu
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Salyanda marketə silahlı basqın - Xəsarət yetirib pul tələb etdilər
Bakıda OLAY - Polis saxladı, sürücü dönər bıçağı ilə hücum etdi
Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
Ələt yolunda yenidən yol qəzası olub
Salyanda AĞIR QƏZA - 1 uşaq öldü, 2 nəfər yaralandı
Salyanda ağır qəza - YARALILAR VAR
Azərbaycanda ŞOK HADİSƏ: polis saxladığı şəxs özünü bıçaqladı və...
Bakıda yol polisi sürücüyə atəş açdı
Salyanda avtobus aşıb- YARALILAR VAR
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 