Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb.
ONN media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində paylaşılıb.
İddia edilir ki, sürücü “Mersedes-Benz” markalı yük maşınını narkotik vasitənin təsiri altında idarə edib.
Polisin “saxla” əmrinə tabe olmayan sürücü yolda zəncirvari qəzanın yaşanmasına səbəb olub. İlkin məlumatlara görə, hadisə zamanı 3-dən çox nəqliyyat vasitəsi toqquşub və avtomobillərə maddi ziyan dəyib.
Faktı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiq edib.
O bildirib ki, hadisə dünən gecə saatlarında baş verib:
“1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.
Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır”.



Saxta nömrə ilə avtomobil sürürdü - Polis HƏBS ETDİ
Bakıda polisə tabe olmayan sərxoş sürücü... - Video
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Azərbaycanda sürücü polisi vurub qaçdı - ANBAAN VİDEO
Bakıda polis qəza törətdi- Yaralı var
Azərbaycan polisi qəzada həyatını itirdi
Bakının mərkəzində dəhşətli hadisə - Universitet tələbəsi öldü
Bakıda TIR ağır qəza törətdi
Ödənişli yolda ağır yol qəzası baş verib
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 