Abşeron rayonunda tənha yaşayan qadının evinə basqın etməkdə şübhəli bilinən dostların daha bir quldurluq və oğurluq cinayətləri üzə çıxıb.
ONN media xəbər verir ki, Elnur Axundov və Rafiq Ağayevin ətrasında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Məlum olub ki, onlar martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstəriblər.
Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Qeyd edək ki, Elnur Axundov və Rafiq Ağayev martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanılblar. Elnur Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
İttihama görə, Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə Elnur Axundov və Rafiq Ağayev üzlərinə maska geyinərək basqın ediblər.
Qadının evdə tək olmasından istifadə edən həmin şəxslər ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.
Onlar zor tətbiq etməklə Könül Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.
Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən naməlum şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.



Abşeronda evə SİLAHLI BASQIN: ana və qızı ağır yaralandı
Qızıl, telefon, planşet, noutbuk oğurlayan şəxslər saxlanılıb
Abşeronda yanacaq məntəqəsinə basqın
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Sabunçuda oğurluğa gedənlər quldurluq etdi
Bakıda qohumundan hədə-qorxu ilə 100 min dollar tələb etdi, saxlanıldı
30000 dollar oğurlayan şəxs saxlanıldı
Qusarda evə basqın edən dəstəyə AĞIR CƏZA
Masazırda 40 min manatlıq OĞURLUQ
Quba sakinləri Bakıda əcnəbini qarət etdilər
Bakıda evdən 5 500 manat oğurlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 