Martın 29-da Xarkov şəhərində qətlə yetirilmiş Azərbaycanlı, Neftçalada doğulmuş, 1984-cü il təvəllüdlü İsmayılov Zaur Xəzər oğlu qanuni oğrular Rövşən Canıyev (Rövşən Lənkəranski) və Nadir Səlifovun ( Lotu Quli) klanları arasında uzun illər davam edən müharibənin növbəti qurbanı olub.
ONN media xəbər verir ki, bu barədə Oxu.Az-a kriminal dairələrə yaxın olan mənbə məlumat verib.
Xatırladaq ki, cümə günü Xarkovun “Ağdam” restoranı yaxınlığında naməlum şəxslər “Toyota” markalı avtomobili atəşə tutaraq, içində olan bir nəfəri öldürüb, digərini yaralayıb. Silahlı hücumun qurbanları Azərbaycan vətəndaşı Zaur İsmayılov (həlak olub) və Gürcüstan vətəndaşı Rəhim Zeynalovdur.
Cinayətkarlar hücumda istifadə olunan Kalaşnikov avtomatlarını hadisə yerində tərk edərək, aradan çıxıb. Onların yaxalanması üçün şəhərdə “Sirena” adlı əməliyyat keçirilib.
Bazar ertəsi mərhumun meyiti dəfn olunması üçün Neftçala rayonuna göndərilib.
Bəzi KİV-də yayılan məlumatlara görə, silahlı hücumu Nadir Səlifovun klanından olan adamlar həyata keçirib. Mənbə İsmayılovun Rövşən Lənkəranskinin klanının üzvü olduğu haqqında informasiyanı təsdiqləyib.
İsmayılov ilk növbədə həmvətənlisi olduğu üçün onunla dostlaşıb, daha sonra isə kriminal aləmə qoşulub.
Rəsmi olaraq, sözü gedən Azərbaycan vətəndaşı Xarkovda fərdi təsərrüfatla məşğul olub. O, Ukraynaya bu yaxınlarda köçüb və yaxın qohumlarının evində qalıb.
Lənkəranski kalnında hər hansı strateji “vəzifəni” tutmasa da, Səlifov və Lənkəranski klanları arasında gedən müharibənin növbəti qurbanına çevrilib.
Xatırladaq ki, Lənkəranski 2016-cı ilin avqust ayında İstanbulda qətlə yetirilib.



“Lotu Quli”nin qətlində kim şübhəli bilinir?
"Lotu Quli"nin qətlinin ŞOK DETALLARI AÇIQLANDI
"Lotu Quli"nin dəfn mərasimi başlayır
Qulinin güllələnən dostu öldü
Lənkəranski və Qulinin tərəfdarları arasında ATIŞMA
Lotu Qulinin qətli necə baş verib? – VƏKİL AÇIQLADI
Lotu Qulinin sifarişçisi kimdir və nə qədər ödəyib? – ŞOK TƏFƏRRÜAT
"Lotu Quli"nin qətlinin sifarişçiləri HƏBS EDİLDİ
Rusiyada “Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutulub
Bu ölkənin Daxili İşlər Nazirliyi “Lotu Quli”nin bacısı oğlundan kömək istədi
"Lotu Quli"nin qətli ilə bağlı ŞOK DETAL
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 