Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənov tutularaq istintaqa təhvil verilib.
ONN media xəbər verir ki, Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı hesab edilən Camal Həsənov uzun müddət axtarışda olub.
O, Bakıda 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Camal Həsənova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Baş Prokurorluğun İstintaq İdarəsində onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, “qanuni oğru” Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib.
O, bunun müqabilində 50 min rubl alıb.
Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə beş ay müddətinə azadlıqdan məhrum edilib.



Qulinin güllələnən dostu öldü
“Lotu Quli”nin qətlində kim şübhəli bilinir?
Bakıda "Lotu Quli"yə görə QAN TÖKÜLDÜ: Cibindəki qatlanan bıçaqla...
“Lotu Quli” güllələndikdən sonra FOTOSU YAYILDI
Qatil “Lotu Quli”ni öldürməmişdən öncə VİDEOYA ÇƏKDİ
Azərbaycandan qaçan kriminal avtoritet həbs edilib BAKIYA GƏTİRİLDİ
"Lotu Quli"nin qatili həbs edildi - FOTO
Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
“Lotu Quli”nin qəbri üstündə qətl - TƏFƏRRÜAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 