Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 16-da həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
ONN media xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib. Tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.



Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Külli miqdarda narkotik götürülüb
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
Bir gündə 79 kiloqram narkotik dövriyyədən çıxarıldı
Cəlilabad sakininin evindən 4,6 kq heroin aşkarlanıb
Polis əməliyyat keçirdi: SAXLANILANLAR VAR
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Narkotik və silah-sursat götürülüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 