Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib.
ONN media xəbər verir ki, zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib.
Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
“Dünya” məktəbi təlim-tərbiyə müəssisəsinin direktoru Mərufə Mədətli açıqlamasında baş verən hadisəni belə şərh edib:
“Bu hadisə ötən həftə baş verib. Hazırda 50 şagird və 4 müəllimimiz səhhətləri ilə əlaqədar məktəbə gəlmirlər”.
M.Mədətli baş verən hadisəni zəhərlənmə ilə deyil, qrip virusu ilə əlaqələndirib:
“Şagirdlərimiz qripə yoluxublar. Ona görə, dərsə gəlmirlər. Valideynlər isə övladlarının məktəbdə yedikləri qidadan zəhərləndiyini bizə deyirlər. Bəzi valideyinlər var ki, baş verən hadisəyə görə, qorxudan uşaqlarının məktəbə gəlməsinə icazə vermirlər. Bu məsələ ilə bağlı araşdırma aparılır. Şagirdlərə verilən qidadan nümunələr götürülərək, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib”.
Binəqədi Rayon Gigiyena və Epidemeologiya Mərkəzinin şöbə müdiri Mülayim Abıyeva Unikal.org-a açıqlamasında deyib ki, paytaxt salatı və digər qidalardan nümunələr götürmüşük: “Bu həftənin sonuna kimi, nümunələrin nəticəsi açıqlanacaq. Bundan sonra biləcəyik ki, şagirdlərin zəhərlənməsi nədən baş verib”.



Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Bakıda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: vəziyyəti ağır olanlar var (YENİLƏNDİ)
Ermənistanda kütləvi zəhərlənmə baş verib
Məşhur ticarət mərkəzində kütləvi zəhərlənmə
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində
Uşaq bağçalarından birində kütləvi zəhərlənmə olub
Fabrikdə kütləvi zəhərlənmə - 54 işçi...
Uşaq evində kütləvi zəhərlənmə olub - ÖLƏNLƏR VAR
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi
Ermənistanda kütləvi zəhərlənmə
Azərbaycanda toyda DƏHŞƏT - 51 nəfər xəstəxanalıq oldu
Məktəbdə 44 şagird ZƏHƏRLƏNDİ - SƏBƏB...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 