İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən ONN media-ya bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib. "Səhər saat 9:30 üçün xəstəxanada, ikisi uşaq olmaqla, 4 nəfər qalıb. Onların da yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşfiq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər", - nazirlikdən bildirilib. *** İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub. AQTA-dan ONN media-ya verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək. Qeyd edək ki, ötən gün Şəkidə də toyda 21 nəfər zəhərlənmişdi.
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində



Azərbaycanda toyda 11 nəfər zəhərləndi
Azərbaycanda toyda DƏHŞƏT - 51 nəfər xəstəxanalıq oldu
“Şahənşah” restoranından yayılan məlumatlara CAVAB
Daha iki tələbə zəhərləndi
Şamaxıda kütləvi zəhərlənmə baş verib
Toyda kütləvi zəhərlənmə: 26 nəfər...
Toyda kütləvi zəhərlənmə olub - LERİKDƏ
Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
“Kartof Festivalı”nda kütləvi zəhərlənmə
Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu
Məşhur ticarət mərkəzində kütləvi zəhərlənmə
Tovuzla sərhəddə 15 erməni zəhərləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 