Daxili İşlər Nazirliyini Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.
“Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır.
Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.
Onlayn qumar oynayan daha 14 nəfər tutuldu



Serdar Ortaç 11 milyonluq "qanunsuz qumar və mərc oyunu" oynayıb?
Türkiyədə ŞOK ƏMƏLİYYAT: Ermənistandan idarə edilən dəstə ƏLƏ KEÇDİ
DİN rəsmi məlumat yaydı
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
Nazirlikdən lotereya oyunları təşkil edənlərə xəbərdarlıq
Azərbaycanda 223 əcnəbi tutuldu
Su polisi tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib
Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı
Qanunsuz bilet satanlara qarşı əməliyyat keçirildi
Azərbaycanda daha 143 miqrant saxlanıldı
Polis əməliyyat keçirdi: saxlanılanlar var
"Bandotdel" Oğuzda əməliyyat keçirdi
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 